Qurban Qurbanov: "Mənim üçün bütün çempionluqlar çox önəmlidi"

Sportarena.az      22 May 2022 , 00:35

"Qarabağ" Azərbaycan Premyer Liqasının 28-ci turunda öz meydanında "Neftçi"ni 4:1 hesabı ilə məğlub edib.

 

Sportarena.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Komandam çox yaxşı bir mövsüm keçirdi. Sona kimi eyni istək, qalib hissi ilə davam etdik. Bu, çox vacib idi. Futbolçularım həqiqətən də alqışa layiqdirlər. Hər birinə təşəkkür edirəm, uğurlar arzulayıram. Hamıya təşəkkür düşür. Möhtəşəm azarkeşlərimizə, çempionatda iştirak edən bütün komandalara da təşəkkür düşür. Sona kimi onların bütün oyunlarda bizə qarşı istəkli olmalarını hiss etdik. Yaxşı oyun göstərməyimizdə hər rəqibimizin də çox böyük payı var. Bizi daha çox düşünməyə məcbur etdilər. Bütün komandalara uğurlar arzu edirəm.

 

- Kevin Medina "Qarabağ"la 3 illik müqavilə imzaladı. Amma Türkiyə mətbuatında futbolçunun adı bir çox klublarla hallanır. Medina üçün "Qarabağ"a təklif var?

- Məndə olan məlumata görə, Türkiyədən bir neçə klub Medina ilə maraqlanıb.Amma onunla müqaviləni uzatdıq. Özünün də burada qalmaq istəyi çoxdur. Buranı özünə evi, ailəsi kimi hiss edir. 

 

- "Qarabağ"da qazandığınız çempionluqlardan hansı sizin üçün daha yaddaqalandır?

- Ümumiyyətlə ilk çempionluq həmişə daha yaddaqalan olur. Futbolçu, məşqçi kimi yeni kluba gedəndə həmişə ilklər daha çox yadda qalır. Amma mənim üçün bütün çempionluqlar çox önəmlidir. Bu adı qoruyub saxlamaq çox vacibdir. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin