Rəşad Sadıqov klub məşqçisi kimi ilk medalını qazanıb - FOTOLAR

Sportarena.az      22 May 2022 , 12:52

Azərbaycan milli komandasının, “Qarabağ” və “Neftçi”nin sabiq kapitanı Rəşad Sadıqov klub məşqçisi qismində ilk medalını qazanıb.

39 yaşlı mütəxəssin rəhbərlik etdiyi “Zirə” Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünü 3-cü yerdə başa vurub.

“Zirə” klubunun üzvləri ilə yanaşı R.Sadıqova da dünən keçirilən Premyer Liqanın qaliblərinin mükafatlandırma mərasimində bürünc medal təqdim edilib.

Qeyd edək ki, R.Sadıqov klub məşqçisi qismində fəaliyyətinin ikinci mövsümündə mükafat qazana bilib. Bundan başqa, onun komandası bu mövsüm Azərbaycan kubokunun finalında da oynamaq hüququ qazanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin