Daha 4 karateçimiz Avropa çempionatında mübarizəyə başlayır

12:09 26 May 2022

Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə Avropa çempionatı davam edir.

Azərbaycanın daha 4 karateçisi bu gün fərdi yarışlarda mübarizəyə start verəcək. Əminağa Quliyev (60 kq) 1/16 final mərhələsində polşalı Bartoş Voyçexovski ilə, Tural Ağalarzadə (67 kq) 1/32 finalda sloveniyalı Jaka Talerlə görüşəcək.

Qadınların yarışında İnci Əzizova (50 kq) 1/16 finalda latviyalı Aleksandra Mihailova ilə, Mədinə Sadiqova (55 kq) isə eyni raundda slovakiyalı Hana Kuklova ilə qarşılaşacaq.

Bu gün həmçinin Pənah Abdullayev, Rafiz Həsənov və Ayxan Mamayev də qüvvəsini sınayacaq. Onlar Rafael Ağayev və Asiman Qurbanlı ilə birlikdə Azərbaycanın kumite komandasının tərkibində vuruşacaqlar. Yığma 1/8 finalda Sloveniya - Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı mayın 29-da başa çatacaq. Azərbaycan yarışda 17 karateçi və 5 para-karateçi ilə təmsil olunur. Ötən gün mübarizəyə başlayan 7 karateçi yarışı medalsız bitirib.


Digər xəbərlər

Xəbər xətti