"Roma" Konfrans Liqasından 15 milyon avro qazanıb

Sportarena.az      26 May 2022 , 14:45

Avropa Konfrans Liqasının qalibi olan "Roma"nın qazandığı məbləğ məlum olub.


Sportarena.az xəbər verir ki, İtaliya təmsilçisi turnirin çempionluğuna görə 5 milyon avro mükafat əldə edib. "Canavarlar" finala qədər olan mərhələlərdə göstərdikləri nəticələrə görə də 10 milyon avro qazanıb.


Beləliklə Joze Mourinyonun rəhbərlik etdiyi komandanın Avropa Konfrans Liqasındakı ümumi gəliri 15 milyon avro olub.


"Roma"nın televiziya yayımından nə qədər qazanacağı isə önümüzdəki günlərdə məlum olacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin