Fransa Liqa 1-də iştirak hüququ uğrunda pley-off mərhələsinin cavab oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, "Sent-Etyen" elitada qalmaq üçün "Oser"lə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə də eyni hesab qeydə alındığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında daha dəqiq olan "Oser" 5:4 hesabı ilə qalib gələrək növbəti mövsüm Fransa Liqa 1-də oynamaq hüququ qazanıb. PSJ ilə birgə Fransanın ən çox çempion olan (10 dəfə) komandası "Sent Etyen" isə 18 ildən sonra ilk dəfə elitanı tərk edib.
Ən son idman xəbərlərini səhifəmizdən də izləyin