Millimiz Slovakiya və Latviya ilə eyni qrupda

Sportarena.az      31 May 2022 , 15:55

Bu gün final mərhələsi 2023-cü ildə Estoniyada təşkil olunacaq 17 yaşadək qadın futbolçulardan ibarət komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, millimiz B liqasında Slovakiya və Latviya yığmaları ilə birlikdə 3 komandalı qrupda yer alıb. Bu qrupun oyunları bu il 1 avqust - 20 noyabr tarixlərində Slovakiyada keçiriləcək.

 

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunacaq. B liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi A liqasına vəsiqə qazanacaq. İkinci mərhələnin püşkatması 2021-ci ilin sonlarında təşkil olunacaq. İkinci mərhələdə A liqasının 7 qrup qalibi final mərhələsinə vəsiqə qazanacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin