Fərid Qayıbov Voleybol Mərkəzinə baş çəkdi

Sportarena.az      9 İyun 2022 , 10:55

Gənclər və idman naziri Fərid Qayıbov Voleybol Mərkəzi ilə tanış olub.

Sportarena.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə nazir müavini Mariana Vasileva, nazirliyin sektor müdiri Elmir Mehdiyev, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov, AVF-nin vitse prezidenti Faiq Qarayev və baş katibi Fərid Xəlilov iştirak ediblər.

​Nazirə idman qurğusu barədə məlumat verilib və bildirilib ki, bu arena ölkə voleybolunun inkişafı üçün çox faydalı əhəmiyyətə malikdir. Qeyd olunub ki, burada istənilən səviyyəli oyunların keçirilməsi üçün hər cür şərait var.

Görüş zamanı ölkə voleybolunun inkişafı istiqamətində görülməli olan işlər müzakirə edilib.

Qeyd edək ki, bir müddətdir qapalı olan Voleybol Mərkəzi yenidən istifadəyə verilib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin