PSJ yay transferləri üçün 80 milyon avro xərcləyəcək

02:33 10 İyun 2022

PSJ rəhbərliyi yayda ediləcək transferlər üçün büdcəni müəyyənləşdirib.

Sportarena.az xəbər verir ki, Paris klubu futbolçuların keçidi üçün 80 milyon avro xərcləməyi düşünür. Lakin futbolçulardan biri satılarsa, o zaman transfer büdcəsi artırıla bilər. Klub artıq müəyyənləşən məbləğin 35 milyonunu "Sportinq"dən Nuno Mendeşi  birdəfəlik almaqla xərcləyib. 


Digər xəbərlər

Xəbər xətti