“Formula-1”i izləmək üçün 2 min qazi və şəhid ailəsi üzvünə pulsuz bilet verilib

Sportarena.az      10 İyun 2022 , 15:52

“Formula-1” üzrə Azərbaycan Qran-prisini Vətən müharibəsinin şəhid və qazi ailələri də izləyir.

 

Bakı Şəhər Halqasından verilən məlumata görə, bununla bağlı onlara xüsusi dəvət göndərilib.

 

BŞH layihə kimi qazilərə və şəhid ailələrinə pulsuz bilet təqdim edib. Onlar Azneft tribunasındakı yerlərini tutaraq yarışı canlı izləyirlər. Üç gün ərzində layihə çərçivəsində 2000 nəfərin həmin tribunadan “Formula-1”ə tamaşa etməsi planlaşdırılır.

 

Qeyd edək ki, bu gün start götürən “Formula-1” üzrə Azərbaycan Qran-prisində əsas yarış iyunun 12-də baş tutacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin