"Qarabağ" dünya reytinqində 10 pillə irəlilədi

Sportarena.az      11 İyun 2022 , 12:12
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. 302 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.
 
Aktivində 141,5 xalı olan "köhlən atlar" ötən ayla müqayisədə 10 pillə irəliləyərək 89-cu yerə yüksəlib.
 
"Ağ-qaralar" isə 81 xalla 221-ci mövqedən 235-ci sırayadək geriləyib. "Neftçi" Zambiyanın "Zanako" və Meksikanın "CSYD Atlas" klubları ilə eyni xalı toplayıb.
 
İlk "3-lük"də 310 xalla "Palmeyras" (Braziliya), 291 xalla "Liverpul" (İngiltərə) və 287 xalla "Flamenqo" (Braziliya) qərarlaşıb. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin