Şenol Günəş "Sent Etyen"i çalışdıra bilər

Sportarena.az      11 İyun 2022 , 16:50

Türkiyə milli komandasının keçmiş baş məşqçisi Şenol Günəş ölkə xaricində çalışa bilər.


Sportarena.az xəbər verir ki, 70 yaşlı mütəxəssisə Fransadan təklif var. Təcrübəli məşqçinin xidmətində "Sent-Etyenn" maraqlıdır.


Uzun illərdən sonra Fransa I Liqasını tərk edən "ağ-yaşıllar" türkiyəli məşqçinin rəhbərliyi ilə yenidən yüksək liqaya qayıtmağı hədəfləyir.


Məşqçilik karyerası ərzində "Trabzonspor", "Bursaspor", "Beşiktaş" kimi klublarda çalışmış Şenol Günəş bir dəfə ölkə xaricində təcrübə yaşayıb. O, 2007-2009-cu illərdə Cənubi Koreyanın "Seul" klubunun baş məşqçisi olub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin