Millətlər Liqası: Millimiz Belarusu məğlub etdi

03:11 14 İyun 2022

Azərbaycan millisi bu gün Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb. 

Yığmamız 4-cü turda Belarusla doğma meydanda qarşılaşıb. "Dalğa Arena"da keçirilən görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanın qollarını 76-cı dəqiqədə Mahir Emreli və 90+3-cü dəqiqədə Ramil Şeydayev vurublar. Beləliklə, millimiz qrupda ilk qələbəsini qazanıb.

Komandalar arasında 1 həftə əvvəl oynanılan ilk matç 0:0 hesabı ilə yekunlaşıb. 

Qrupun digər qarşılaşmasında isə lider Qazaxıstan Slovakiyanı 2:1 hesabı ilə məğlub edib.

Millətlər Liqası, 4-cü tur

 

C Liqası

3-cü qrup

Azərbaycan - Belarus - 2:0

Qollar: Mahir Emreli, 76, Ramil Şeydayev, 90+3

Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, İordanis Aptosoqlu, Georgios Tsovaras (Yunanıstan)

"Dalğa Arena".

Qazaxıstan - Slovakiya - 2:1

Qollar: Voroqovski, 18, Astanov, 39 - Bero, 51

Qırmızı vərəqə: Dudo, 87

Baş hakim: Bram van Direşşe (Belçika)

"Astana Arena"


Digər xəbərlər

Xəbər xətti