FIFA Tunisin "Esperans" klubuna transfer qadağası qoyub.
Sportarena.az xəbər verir ki, buna səbəb klubun "Neftçi"dən transfer etdiyi Sabir Buqrinə görə "ağ-qaralar"a ödəniş etməməsi olub.
"Esperans" qarşıdakı 3 transfer pəncərəsində heyətinə yeni futbolçu qata bilməyəcək. Klub 827 min manat məbləğində təzminatı ödədikdən sonra qadağa aradan götürülə bilər.
Buqrin bu ilin yanvarında 450 min avro qarşılığında "Neftçi"dən "Esperans"a keçib.
Ən son idman xəbərlərini səhifəmizdən də izləyin