Kriştiano Ronaldo 5,5 milyon funt-sterlinq dəyərində yaxtada istirahət edir - FOTOLAR

12:50 17 İyun 2022

Portuqaliya millisinin və "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasındakı ilk mövsümündən sonra tətilə İspaniyanın Mayorka şəhərinə gedib.

Sportarena.az xəbər verir ki, yığmanın baş məşqçisi Fernando Santosdan xüsusi icazə alaraq millinin olduğu məkanı daha tez tərk edən  37 yaşlı futbolçu ailəsi ilə təxminən 5,5 milyon funt-sterlinq dəyərində olan dəbdəbəli Azimut Grande yaxtasında istirahət edir.

Ümumilikdə yaxtada beş rahat kabin və altı müxtəlif vanna otağı var. Gəmidə mətbəx, iki istirahət otağı, geniş qonaq otağı və yemək otağı var. Həmçinin yaxtada soyunub-geyinmə otağı, soyuducu və əyləncə zonası mövcuddur. Yaxtada Ronaldonun istifadə etdiyi xüsusi trenajor velosipedinin olması diqqət çəkir.



Xəbər xətti