"Səhvlərim olubsa, bağışlayın" - Namiq ələsgərovdan vida paylaşımı

13:07 17 İyun 2022

"Sabah"ın yeni transferi Namiq Ələsgərov instaqram hesabında "Bursaspor"la vidalaşıb.

Sportarena.az xəbər verir ki, millimizin futbolçusu Türkiyə klubundan ayrılması haqda bunları yazıb:

"Dəyərli "Bursaspor" ailəsi və sevənləri, sizinlə unudulmaz bir il keçirdim. Nəticə istədiyimiz kimi olmasa da, komandanın uğurlu olması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Səhvlərim və yalnışlarım oldusa, bağışlayın. "Bursaspor"un ən qısa zamanda layiq olduğu yerlərə gələcəyinə inanıram. Nəticədə qaydalara görə komandadan ayrılmağa məcbur oldum. Rəhbərliyə, məşqçilərə, klubdakılara və xüsusilə də azarkeşlərə sonsuz təşəkkürlərimi bildirirəm". 



Xəbər xətti