“Gələcəyə inamla baxmaq olar” – Millinin baş məşqçisi

16:04 17 İyun 2022

Kişi həndbolçulardan ibrət millisinin baş məşqçisi Nasser Salimi federasiyanın mətbuat xidmətinə danışıb.

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis millnin hazırlığı haqda bunları deyib: 

"Azərbaycan çox gözəl ölkədir. Bu ölkə gəzməli-görməli yerləri və qonaqpərvər insanları ilə məni valeh edib. Milli komandada perspektivli oyunçular var. İnanıram ki, düzgün hazırlıq proqramı sayəsində onlarla uğurlu nəticələr qazanmaq olar. Əlbəttə, bu, müəyyən vaxt tələb edir. Fiziki və texniki hazırlığı yüksək səviyyəyə çatdıra bilsək, gələcəyə inamla baxmaq olar". 


Digər xəbərlər

Xəbər xətti