Millimizin çalışdırıcısı: "Hədəfimiz hər iki yarışda uğurlu çıxış etməkdir"

12:22 18 İyun 2022

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Eldar Yusubov açıqlama verib.

Sportarena.az xəbər verir ki, Voleybol Federasiyasının mətbuat xidmətinə danışan mütəxəssis İslam Həmrəyliyi Oyunları və Avropa çempionatına hazırlıqlarından bəhs edib:

“İslam Həmrəyliyi Oyunları və Avropa çempionatının təsnifat mərhələsində uğurlu iştirak üçün iyundan təlim-məşq toplanışına başlamışıq. Bu yarışlara hazırlıq üçün iki aylıq planımız var. Artıq 17 gündür ki, məşqlərimiz Bakıda davam edir. Bəzi oyunçularımız bu ayın sonunda bizə qoşulacaqlar. Plana uyğun olaraq iyunun 25-dən iyulun 5-nə kimi Mingəçevirdə təlim-məşq toplanışı keçəcəyik. Bu hazırlıqdan sonra yoxlama oyunlarında gücümüzü də yoxlamaq istəyirik.

​Hədəfimiz hər 2 yarışda uğurlu çıxış etməkdir. İstəyirik ki, İslamiadadan vətənə medalla qayıdaq. Ardınca isə AVRO-2023-ə vəsiqə əldə etməyi qarşımıza məqsəd qoymuşuq. İnanıram ki, bunları bacaracağıq”.


Xəbər xətti