Azərbaycan karateçiləri Avropa çempionatında 5 medal qazandılar

11:53 20 İyun 2022

Çexiyanın paytaxtı Praqada karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı başa çatıb. Azərbaycanın yeniyetmə və gənclərdən ibarət seçmə komandası qitə yarışında 3 qızıl, 2 bürünc medal qazanıb.
 
Qızıl medalları komandanın aktivinə gənclər arasında Vahid Həsənov (+76 kq), Hüseyn Məmmədli (67 kq), yeniyetmələrin yarışında Əzim Rahib (+70 kq) yazdırıblar. Yeniyetmələr arasında mübarizə aparan komandanın digər üzvləri Aslan Dostuyev (57 kq), Fatimə Məmmədova (47 kq) isə qitə çempionatında üçüncü yerləri tutublar.
 
Praqadakı yarışa 48 ölkədən 1064 idmançı qatılıb. 


Xəbər xətti