"Qəbələ"nin Macarıstan klubu ilə oyunlarının vaxtı bəlli oldu

18:56 20 İyun 2022

"Qəbələ" Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar" klubu ilə qarşılaşacaq.


Sportarena.az xəbər verir ki, bu komandalar arasında keçiriləcək oyunların vaxtı məlum olub. İlk görüş iyulun 21-də Macarıstanda baş tutacaq. "MOL Arena Sosto"da keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 21:00-da başlayacaq.


Komandalar arasında cavab matçı 28 iyul tarixində Qəbələ şəhər stadionunda oynanılacaq. Bu oyunun başlama saatı açıqlanmayıb. 


Digər xəbərlər

Xəbər xətti