Milan Obradoviç Azərbaycan millisindən ayrıldı

15:44 21 İyun 2022

AFFA  21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçlə yolları ayırıb.

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, onun  müqavilə müddəti başa çatdığı bildirilib Mütəxəssislə müqaviləni yeniləməyən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Milan Obradoviçə U-21 milli komandasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. 

Azərbaycan U-21 milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcəyi vurğulanıb. 


Digər xəbərlər

Xəbər xətti