"Sabah"ın futbol akademiyasından rekord göstərici

Sportarena.az      21 İyun 2022 , 16:28

AFFA-nın təşkil etdiyi liqalarda mövsümə yekun vurulub.

“Sabah” Futbol Akademiyasının komandaları son mövsümdə 5 qızıl, 2 bürünc medal qazanıblar. U-10, U-12, U-14, U-15 və U-16 komandaları mövsümü qızıl, U-11 və U-19 komandası isə bürünc medalla başa vurublar.

U-15 komandasının üzvü Babamirzə Mehdiyev çıxış etdiyi liqada çempionatın ən yaxşı futbolçusu seçilib.

"Sabah"ın əməkdaşlıq etdiyi “Vətən” Futbol Məktəbi isə son mövsümdə 2 gümüş medal qazanıb.

“Sabah” Futbol Akademiyasının komandaları 2021/22-ci il mövsümündə:

U-10 – çempion
U-11 – 3-cü yer
U-12 – çempion
U-13 – 1/8 final
U-14 – çempion
U-15 – çempion
U-16 – çempion
U-17 – 6-cı yer
Gənclər Liqası (U-19) – 3-cü yer

Qeyd edək ki, bu nəticə cari mövsümdə ən yaxşı göstəricidir. Bununla yanaşı, “Sabah” Futbol Akademiyası son mövsümkü nəticə ilə tarixi ərzində rekord göstəriciyə imza atıb.

Akademiyanın komandaları 2018/19-cu il mövsümündə 3 qızıl (U-10, U-14, U-17), 2 gümüş (U-11, U-16), 1 bürünc (U-15), COVİD-19 pandemiyası ilə əlaqədar erkən dayandırılmış və bir çox liqalarda qalibin müəyyən olunmadığı 2019/20 mövsümündə 1 qızıl (U-17) və 1 gümüş (U-19) medal qazanmışdı. Yalnız U-17 və Gənclər Liqasında oyunların keçirildiyi 2020/21 mövsümündə isə U-19 komandamız mövsümü gümüş medalla başa vurmuşdu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin