Sadio Mane yeni komandasının formasında - FOTO

18:05 21 İyun 2022

Seneqallı futbolçu Sadio Mane Münhenin “Bayern” klubunun forması ilə görüntülənib.

Fotonu “Sports Digitale” nəşri dərc edib. Artıq sabah Almaniya klubunun 30 yaşlı futbolçu ilə müqavilə imzaladığını rəsmən açıqlayacağı bildirilir. Bu gün isə S.Mane Münhendə tibbi müayinədən keçib.

Bundan əvvəl tərəflərin artıq sövdələşmənin bütün şərtləri ilə bağlı razılığa gəldiyi bildirilib.

“Liverpul”un bu transferdən 41 milyon avro qazanacağı qeyd olunub.



Digər xəbərlər

Xəbər xətti