"Neftçi" rumıniyalı mütəxəssisə tapşırıldı

00:21 22 İyun 2022

“Neftçi”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportarena.az xəbər verir ki, “ağ-qaralar”ı Laurençiu Reqekampf çalışdıracaq.

Komandanın yeni baş məşqçisi “Neftçi TV”nin canlı efirində açıqlanıb. O, növbəti iki mövsümdə "Neftçi"ni çalışdıracaq.

46 yaşlı məşqçi “Styaua”, “Liteks”, “Əl Vahda”, “Əl Vasl”, “Əl Əhli”, “Universitetya Krayova” klublarında işləyib.  


Digər xəbərlər

Xəbər xətti