"Kəpəz"dən yeni transfer

12:37 22 İyun 2022

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Kəpəz” yeni transfer həyata keçirib.

Gəncə təmsilçisi ötən mövsümə kimi “Neftçi”də oynamış Kamran İbrahimovu heyətinə qatıb. Gənc qapıçı ilə 1 illik müqavilə imzalanıb. Klub daha öncə Tural Axundov və Elvin Yunuszadəni də heyətinə qatıb. 


Xəbər xətti