"Bavariya" Sadio Maneni transfer etdi - RƏSMİ

15:55 22 İyun 2022

"Bavariya" "Liverpul"un futbolçusu Sadio Manenin transferini açıqlayıb.

Sportarena.az xəbər verir ki, seneqallı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Almaniya mətbuatı "Liverpul"un bu transferdən 41 milyon avro qazanacağını yazıb.

Mane 2016-cı ilin iyulundan "Liverpul"da çıxış edirdi. Hücumçu 2021/22 mövsümündə komandanın heyətində 51 matçda 23 qol vurub və 5 məhsuldar ötürmə edib.


Xəbər xətti