"Bayer" 19 yaşlı futbolçu ilə müqaviləni yenilədi

07:18 24 İyun 2022

"Bayer" hücumçusu Florian Virç ilə yeni müqavilə imzalayıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 19 yaşlı oyunçu ilə müqavilənin müddətini 2027-ci ilin yayına artırıb.

 

Almaniya millisinin üzvünün hazırkı sözləşməsi 2026-cı ildə sona çatırdı. Florian 2020-ci ildən çıxış etdiyi "aspirinlər"in heyətində 78 oyunda 19 qolla yadda qalıb.


Xəbər xətti