UEFA “Qarabağ” – “Lex” matçının hakimlərini açıqladı

Sportarena.az      27 İyun 2022 , 13:25

UEFA Çempionlar Liqası I təsnifat mərhələsində "Qarabağ"ın "Lex"lə (Polşa) keçirəcəyi cavab matçının hakimləri açıqlanıb.

Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Endryu Medli olacaq. Ona yan xətt hakimləri Deniel Kuk və Qarri Lennard kömək edəcələr. Dördüncü hakim funksiyasını Saymon Huper yerinə yetirəcək.

"Qarabağ" "Lex"lə ilk oyunu iyulun 5-də səfərdə keçirəcək. Komandalar arasındakı cavab matçı ayın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin