“Çelsi” Petr Çexlə vidalaşdı

14:15 27 İyun 2022

İngiltərənin “Çelsi” klubunda texniki məshələtçi vəzifəsini yerinə yetirən Petr Çex iyunun 30-da London təmsilçisindən ayrılacaq.
 
Sportarena.az xəbər verir ki, bu barədə “zadəganlar”ın rəsmi saytı məlumat yayıb. Çexiyalı veteran qapıçı ilə müddəti başa çatan müqavilənin yenilənməyəcəyi diqqətə çatdırılıb. 40 yaşlı mütəxəssis öz istəyilə paytaxt klubunu tərk edib.
 
Xatırladaq ki, Petr Çex 2004-2015-ci illərdə “Çelsi”də çıxış edib. O, 2019-cu ildən texniki məshələtçi vəzifəsini yerinə yetirirdi. 


Digər xəbərlər

Xəbər xətti