“Sumqayıt” yeni mövsümün hazırlığına start verdi

16:04 27 İyun 2022

"Sumqayıt" 2022/2023 mövsümünün hazırlığına start verib.

 

Sportarena.az xəbər verir ki, "kimyaçılar" bu gün baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında ilk məşqini həyata keçirib.

 

Qeyd edək ki, "Sumqayıt" iyulun 15-dək hazırlıq prosesini Azərbaycanda keçəcək. Komanda 16 iyul tarixində isə iki həftəlik təlim-məşq toplanışı üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək. 


Xəbər xətti