Braziliya klubu “Qarabağ”la danışıqlarda saxtakarlığa əl atıb

Sportarena.az      28 İyun 2022 , 11:26
Braziliyanın "Nautiko" klubunun futbolçusu Rhaldneyin "Qarabağ" transferinin baş tutmamasının detalları açıqlanıb. Sportarena.az xəbər verir ki, keçidin alınmamasına Pernambuku təmsilçisinin saxtakarlığa əl atması səbəb olub.
 
Danışıqlar "köhlən atlar"ın qarşı tərəfin ödəniş üçün təqdim etdiyi bank hesabından şübhələnməsindən sonra dayandırılıb.
 
İddiaya görə, "Nautiko" depozit üçün klubun deyil, direktorlardan birinin hesab nömrəsini göndərib. Bundan sonra isə anlaşma pozulub.
 
"Nautiko"nun idman direktoru Roberto Selva isə bu məsələdə "Qarabağ"ı günahlandırıb: "Beynəlxalq danışıqlarda təhlükəsizlik üçün həmişə kluba kömək edən ixtisaslaşmış şirkətlərin məsləhətlərindən və təmsilçiliyindən istifadə edirik. Bu, danışıqlarda standart prosedurdur. Rhaldney "Qarabağ"a transferindən öncə evlənmək üçün ona vaxt verilməsini istədi. Klub isə bildirdi ki, belə olan halda düşərgəyə vaxtında qoşula bilməyəcək. Təbii ki, bunların hamısı bəhanədir. Mən heç bir problemin olmayacağını bildirsəm də, Azərbaycan klubundan cavab gəlmədi".
 
Qeyd edək ki, daha əvvəl Braziliya mətbuatı "Qarabağ"ın 24 yaşlı yarımmüdafiəçi üçün 1 milyon dollar təzminat ödəyəcəyini yazmışdı. (report.az)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin