"Neftçi" Türkiyə klubu ilə yoxlama oyunu keçirəcək

10:57 30 İyun 2022

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı çərçivəsində üç yoxlama görüşünə çıxacaq "Neftçi"nin bir rəqibi müəyyənləşib.

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi "Sakaryaspor"la üz-üzə gələcək. İyulun 6-na planlaşdırılan matçın Bakı vaxtı ilə saat 17:00-da start götürməsi gözlənilir.

"Neftçi" sabah Boluya yollanacaq. 


Digər xəbərlər

Xəbər xətti