“Qarabağ”da sonradan mərkəz yarımmüdafiəçisinə çevrildim” - Patrik Andrade

Sportarena.az      30 İyun 2022 , 12:04
Serbiyanın “Partizan” klubuna transfer olunan “Qarabağ”ın sabiq futbolçusu Patrik Andrade ötən mövsümdəki çıxışı barədə danışıb.
 
Sportarena.az xəbər verir ki, Kabo Verdedən olan yarımmüdafiəçi Ağdam təmsilçisinə keçdiyi ilk vaxtlarda bəzən cinah yarımmüdafiəçisi kimi oynadığını xatırladıb:
 
“Amma sonda mərkəz yarımmüdafiəçisinə çevrildim. Ötən mövsüm Konfrans Liqasında mövsümün ən yaxşı 5 futbolçusu arasında yer aldım. Ən böyük üstünlüyüm komanda oyunçusu olmağımdır. Hər şey komandanın uğuru üçün olmalıdır”.
 
Xatırladaq ki, 29 yaşlı oyunçu yay fasiləsində iki mövsüm formasını geyindiyi "Qarabağ"ı bu yay "Partizan"a dəyişib. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin