“Zirə”nin rəqibi ilk yoxlama oyununda məğlub oldu

14:00 30 İyun 2022

"Zirə"nin Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi "Makkabi" (Təl-Əviv) yoxlama oyununa çıxıb. 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Niderlandda təlim-məşq toplanışında olan İsrail klubu "Alemanniya" ilə qarşılaşıb.

Təmsilçimizin rəqibi Almaniya klubuna 0:1 uduzub.

“Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra İsraildə baş tutacaq. 


Xəbər xətti