“Neftçi”nin rəqibindən yeni transfer

14:15 30 İyun 2022

“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” növbəti transferini rəsmiləşdirib. Kipr təmsilçisi Fransanın “Genqam” klubunun hücumameylli yarımmüdafiəçisi Yannik Qomisi heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma Seneqaldan olan 30 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Yannik Qomis 2018-ci ildən “Genqam”da çıxış edirdi. O, daha öncə “Orleans” və “Lans” komandalarının da formasını geyinib. Seneqal yığmasında iki oyuna çıxmış futbolçu, 1 qolla yadda qalıb.
 
“Neftçi”nin “Aris”lə ilk oyunu iyulun 21-də Limassolda, cavab görüşü isə ayın 28-də Bakıda baş tutacaq.


Xəbər xətti