“Neftçi”dən növbəti transfer

Sportarena.az      1 İyul 2022 , 11:44

"Neftçi" növbəti transferini həyata keçirib.

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, paytaxt klubu ABŞ vətəndaşı olan İsrail əsilli futbolçu Kenni Sayeflə 2 illik müqavilə imzalayıb.

28 yaşlı sol cinah yarımmüdafiəçisi komandanın heyətində 5 nömrəli formanı geyinəcək.

Sayef İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel Hayfa” (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel Ramat Ha Şaron” (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Sinsinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) və İsrailin “Aşdod” (2021-2022) klublarında çıxış edib. Kenni Sayef 2015-ci ildə “Gent”in heyətində Belçika çempionatının və Superkubokunun qalibi olub. İsrailin aşağı yaş yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 2, ABŞ milli komandasında isə 4 oyun keçirib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin