Şəhriyar Məmmədyarov irəlilədi, Teymur Rəcəbov gerilədi - FİDE-nin yeni reytinq siyahısı

12:18 1 İyul 2022

Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların yeni reytinq siyahısını təqdim edib.

Sportarena.az xəbər verir ki, Azərbaycandan heç bir idmançı ilk "onluq"da özünə yer edə bilməyib.

Şəhriyar Məmmədyarov 2759 xalla 2 pillə irəliləyərək 12-ci sırada qərarlaşıb. İddiaçılar turnirində iştirak edən Teymur Rəcəbov isə 5 pillə geriləyib. O, 2738 xalla 18-ci sırada yer alıb. Rəcəbov bundan əvvəlki siyahıda 13-cü idi. 


Digər xəbərlər

Xəbər xətti