Daha bir qadın güləşçimiz Avropa çempionu oldu

21:54 1 İyul 2022

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

62 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz  finalda almaniyalı Luisa Şelə 4:3 hesabı ilə qalib gələrək turnirdə 1-ci olub.

Qeyd edək ki, bundan əvvəl qadın güləşçilərimizdən Elnurə Məmmədova (55 kq) qızıl, Əsmər Canqurtaran (50 kq) bürünc mükafata yiyələnib. 


Digər xəbərlər

Xəbər xətti