“Turan Tovuz"dan azarkeşlərə çağırış

Sportarena.az      2 İyul 2022 , 12:12

Tovuz Şəhər Stadionundakı təmir işləri ilə əlaqədar hazırlıq prosesinin ilk 2 mərhələsini Bakıda keçirən "Turan Tovuz" doğma arenasına qayıtmağa hazırlaşır.

Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi iyulun 3-də saat 18:00-da Ayxan Abbasovun baş məşqçiliyi altında tam heytlə ilk məşqinə çıxacaq. "Turan Tovuz" bütün azarkeşləri açıq məşqinə dəvət edib.

"Turan Tovuz" yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin