“Hədəfimiz “Qəbələ”ni məğlub etməkdir” - "Fehervar"ın baş məşqçisi

Sportarena.az      2 İyul 2022 , 13:31
Macarıstanın “Fehervar” komandasınn baş məşqçisi Mixael Boris Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ"yə qarşı keçirəcəkləri oyunlardan danışıb. 47 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
“İlk hədəfimiz Azərbaycan təmsilçisini məğlub etməkdir. Hələlik bundan uzağa baxmağa dəyməz. Bu rəqibi məğlub edənədək növbəti mərhələdəki komandaların keyfiyyətindən danışmaq ayıbdır”.
 
Baş məşqçi iyulun 21-dək klub nümayəndələrindən birinin “qırmızı-qaralar"ı təhlil etmək üçün səfərə yollanacağını söyləyib: “Komanda oyunu göstərsək və heyətə xas keyfiyyət ortaya qoysaq, qalib gələcəyik. “Qəbələ”yə qarşı meydana hansı heyəti buraxacağımı indidən deyə bilmərəm. Çünki milli komandalarda çıxış edən futbolçular düşərgəmizə yeni qoşulublar. Buna görə də, oyunçuların fiziki durumları bir-birindən fərqlidir. “Qəbələ” ilə qarşılaşmanın heyətini formalaşdırmaq üçün üç həftə vaxtımız var".
 
Xatırladaq ki, "Qəbələ" “Fehervar”a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin