Novak Cocoviç 7-ci dəfə Uimbldon turnirinin qalibi oldu

08:30 11 İyul 2022

Tennis üzrə Uimbldon turnirində kişilərin mübarizəsinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, finalda Novak Cokoviçlə Nik Kirqios üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən serbiyalı tennisçi turnirin qalibi olub.

 

Bu nəticədən sonra Novak Cocoviç karyerası ərzində 7-ci dəfə Uimbldonda zəfər qazanıb. O, daha əvvəl 2011, 2014, 2015, 2018, 2019 və 2021-ci illərdə turnirin qalibi olub. 


Digər xəbərlər

Xəbər xətti