Həndbol üzrə yığma komandamız Gürcüstana yollanacaq

Sportarena.az      13 İyul 2022 , 16:35

Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarında çıxış edəcək kişilərdən ibarət Azərbaycan yığması iyulun 22-də Gürcüstana yollanacaq.
 

Sportarena.az xəbər verir ki, millimiz iyulun 29-dək davam edəcək hazırlıq çərçivəsində yerli komandalarla yoxlama görüşləri keçirəcək.

Hazırda isə millimiz paytaxtda hazırlığın ilk mərhələsəni keçir. Hər gün davam etdirilən hazırlıq prosesi baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə həyata keçirilir.

Millimiz İslam Oyunlarında B qrupunda Türkiyə və İranla qarşılaşacaq. 

5-ci İslam Həmrəyliyi Oyunları 9-18 avqustda keçiriləcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin