İtaliya çempionatı gec başlaya bilər - SƏBƏB

13:29 25 İyul 2022

A seriyası bu mövsüm nəzərdə tutulan vaxtdan gec başlaya bilər.

Bu barədə A seriyasının prezidenti Lorenso Kazini məlumat verib. Buna səbəb İtaliyada havada anomal yüksək temperaturun olmasıdır.

“Çempionatı avqustun 13-də başlamaq çətin olacaq. Bu, birinci növbədə iqlimlə bağlıdır. Əgər indiki temperatur qalarsa, yarışı nəzərdə tutulan vaxtda başlaya bilməyəcəyik” – deyə Lorenso Kazini bildirib. 


Digər xəbərlər

Xəbər xətti