“Yuventus” alman hücumçu üçün “Leypsiq”lə yarışa girdi

12:45 26 İyul 2022

Turinin “Yuventus” klubu “Çelsi”nin almaniyalı hücumçusu Timo Verneri heyətinə qatmağa çalışır.

Bu barədə italiyalı idman yazarı Fabrisio Romano məlumat yayıb. Romano iddia edir ki, hazırda Verner Turin klubunun transfer etməyə çalışdığı futbolçuların siyahısında birinci sırada qərarlaşıb.

Qeyd edək ki, T.Vernerin “Çelsi”dən ayrılacağı artıq şübhə doğurmur.

26 yaşlı futbolçuya Almaniyanın “Leypsiq” klubu da elçi düşüb. 


Xəbər xətti