Şəhriyar Məmmədyarovun "Grand Chess Tour"dan qazancı məlum oldu

13:31 26 İyul 2022

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Grand Chess Tour"un üçüncü mərhələsində qazancı məlum olub.

Rapid və blits üzrə təşkil olunan turniri 10 iştirakçı arasında 7-ci yerdə tamamlayan millimizin üzvü 9 min 500 dollar qazanıb.Yarışın qalibi olan norveçli dünya çempionu Maqnus Karlsen isə  40 min dollara sahib çıxıb.

Qeyd edək ki, mərhələnin ümumi mükafat fondu 175 min dollar təşkil edib. 


Xəbər xətti