Azərbaycan cüdoçularından Slovakiyada 7 medal

Sportarena.az      29 İyul 2022 , 22:02
Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən 16-cı Avropa Gənclərin Yay Olimpiya Festivalında (EYOF) cüdo idman növü üzrə fərdi yarışlar başa çatıb. Bu gün +100 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Kənan Nəsibov polşalı idmançı Miloş Kloza qalib gələrək bürünc medala yiyələnib.
 
Bu Azərbaycanın EYOF-da qazandığı  sayca 7-ci medal olub. Belə ki, daha öncə Fidan Əlizadə (-57) qızıl, Könül Əliyeva (-48 kq), Murad Əliyev (-55 kq), Nurlan Kərimli (-60 kq) və İsmayıl Zamanov (-81 kq) gümüş, Aydan Vəliyeva (-52 kq) isə bürünc medal qazanmışdı.
 
Bundan əlavə Xumar Qasımzadə (-44 kq), Eltac Yusifli (-66 kq) və Əjdər Bağırov (-100 kq) yarışı 5-ci yerdə tamamlayıblar. 
 
Beləliklə, 12 nəfərlik heyətlə yarışan komandamızın 10 üzvü yarışların medallar uğrunda mərhələsinə qədər irəliləyib və onlardan 7-si medal əldə edib.
 
Fərdi yarışlarda Azərbaycan medal əyarına görə ümumi hesabda 4-cü yeri, qızlarda isə 2-ci yeri tutub.
 
30 iyulda qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışı keçiriləcək. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin