Yay transferlərinə ən çox pul xərcləyən klublar - Siyahıya "Barselona" başçılıq edir

23:26 29 İyul 2022

ESPN nəşri bu yay transferlərə ən çox pul xərcləyən klubların siyahısını hazırlayıb. 

Birinci pillədə "Barselona"dır. Kataloniya təmsilçisi transferlər üçün 164,11 milyon avro sərf edib. "Bavariya" 2-ci (147,5 milyon avro), "Arsenal" isə 3-cüdür (141,5 milyon avro). 

"Mançester Siti" transferləri üçün 116,5 milyon avro xərcləyib. 

Sonrakı yerləri müvafiq olaraq "Çelsi", Dortmund "Borussiya"sı, "Liverpul", "Real", PSJ, "Mançester Yunayted" tutur.


Digər xəbərlər

Xəbər xətti