Mbappe Super Kubok matçını buraxacaq

14:23 30 İyul 2022

Kilian Mbappe PSJ-nin Fransa Super Kubokunda “Nant” a qarşı keçirəcəyi matçın heyətinə daxil edilməyib.

Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Forvard matçı buraxmasının səbəbi məlum deyil. Super Kubok matçı iyulun 31-də İsraildə “Blomfild” stadionunda baş tutacaq.

Mbappe ötən mövsüm 45 oyunda 38 qol, 26 məhsuldar ötürmə ilə yadda qalıb.

PSJ Fransa Liqa 1-i, “Nant” isə ölkə kubokunu qazanıb. 


Digər xəbərlər

Xəbər xətti