"Araz-Naxçıvan" braziliyalı oyunçu transfer etdi

Sportarena.az      1 Avqust 2022 , 12:34

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” daha bir futzalçı ilə anlaşıb.

Sportarena.az Futzal Federasiyasnın rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu Martin Guimaraes Junior Sinesio ilə müqavilə imzalayıb.

Son klubu Qazaxıstanın “Atirau” olan 27 yaşlı braziliyalının ampluası müdafiəçidir.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oktay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, De Moura Joze Eduardo, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin