Azərbaycanı İslamiadada 7 cüdoçu təmsil edəcək

Sportarena.az      4 Avqust 2022 , 18:05
Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəylik Oyunlarında iştirak edəcək Azərbaycanın kişi cüdo millisinin heyəti bilinib. 8 avqustda İslamiadada iştirak üçün böyüklərdən ibarət milli yığma komandanın 7 üzvü Türkiyəyə yola düşəcək.
 
Onlar 15-16 avqustd fərdi yarışlarda, 17 avqustda isə komanda yarışında iştirak edəcəklər. Məşqçi Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək idmançıların adlarını təqdim edirik:
 
Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev (hər ikisi 73 kq), Zelim Tçkayev (81 kq), Elmar Qasımov (100 kq), İmran Yusifov (+100 kq).
 
Yarışda iştirak edəcək kişi cüdo millisinin hazırda Bakıda təlim-məşq toplanışı davam edir. 27 iyulda başlayan hazırlıq prosesi 5 avqusta qədər davam edəcək.
 
Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, ACF Prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktor Mark van der Ham milli yığmanın təlim-məşq toplanışını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıb, cüdoçulara yarışda müvəffəqiyyətlər arzu ediblər.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin