İslamiada: Azərbaycanın voleybol yığmaları üçün təqvim bəlli oldu

18:28 4 Avqust 2022

Voleybol üzrə Azərbaycan milli komandalarının Türkiyənin Konya şəhərində keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi açıqlanıb.
 
B qrupunda qüvvəsini sınayacaq qadınlardan ibarət yığma ilk görüşündə Seneqalla qarşılaşacaq. Görüş oyunların rəsmi açılışından 1 gün əvvələ - avqustun 8-nə təsadüf edəcək.
 
Kişi voleybolçulardan ibarət kollektiv isə avqustun 9-da meydana çıxacaq. A qrupunda yer alan yığma Sudanı sınağa çəkəcək.
 
İslamiada 9-18 avqust aralığında keçiriləcək.
 
İslam Həmrəyliyi Oyunları
 
Qadınlar, B qrupu
 
8 avqust
17:00. Seneqal - Azərbaycan
 
10 avqust
14:00. Əfqanıstan - Azərbaycan
 
12 avqust
14:00. Kamerun - Azərbaycan
 
Kişilər, A qrupu
 
9 avqust
11:00. Sudan - Azərbaycan
 
11 avqust
20:00. Azərbaycan - Kamerun
 
13 avqust
17:00. Azərbaycan - Mərakeş


Digər xəbərlər

Xəbər xətti